Sərbəst güləşçilərimizdən tarixi rekord: Altıncı dəfə Avropanın ən güclüsü - VİDEO

27 Aprel 2026 01:59
241
Sərbəst güləşçilərimizdən tarixi rekord: Altıncı dəfə Avropanın ən güclüsü - VİDEO

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı Azərbaycanın sərbəst güləş yığmasının möhtəşəm zəfəri ilə başa çatıb. Millimiz yarışda üç qızıl, iki gümüş və bir bürünc medal qazanaraq ümumi hesabda 152 xal toplayıb və altıncı dəfə Avropa çempionu adını qazanıb.

İdman.Biz xəbər verir ki, komandamız ən yaxın izləyicisi olan Gürcüstanı 58 xal qabaqlayaraq böyük üstünlüklə birinci olub. Turnirdə üçüncü yeri isə 73 xalla Ermənistan tutub.

Güləşçilərimiz Albaniyadakı bu çıxışları ilə medalların əyarına görə son 17 ilin rekordunu yeniləyiblər. Bu, 2009-cu ildən bu yana qitə birinciliklərində qeydə alınan ən yüksək göstəricidir.

Yarışda medal qazanan idmançılarımız:

Qızıl: İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq), Giorgi Meşvildişvili (125 kq);
Gümüş: Turan Bayramov (74 kq), Arseniy Djioyev (86 kq);
Bürünc: Cəbrayıl Hacıyev (79 kq).

İdman.Biz