“Artıq ikinci dəfədir ki, Avropa çempionu olmaq şansını əldən verirəm. Bu, məni çox məyus edir”.
İdman.Biz Albaniyadan xəbər verir ki, bunu güləş üzrə Avropa çempionatında gümüş medal qazandıqdan sonra sərbəst güləşçi Turan Bayramov bildirib.
Onun sözlərinə görə, finaldakı rəqibi Taymuraz Salkazanov onun üçün əlverişsiz rəqib olub, çünki onların güləş üslubları fərqlənir:
“Final qarşılaşmasında taktik səhvlərə yol verdim və hesab 3:0 olduqdan sonra bütün planlarım pozuldu”.
Bayramov vurğulayıb ki, növbəti dəfə bu medalın qızıl olması üçün əlindən gələni edəcək.
İdmançı həmçinin 74 kq çəki dərəcəsindəki rəqabət barədə də danışıb:
“Yunan-Roma güləşində 77 kq-da olduğu kimi, sərbəst güləşdə də 74 kq çəkinin dünyada ən güclü dərəcə olduğunu hamı bilir. Burada güləşmək çox ağırdır. Hər bir medal çox qiymətlidir və onu qazanmaq asan deyil”.
