Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın beş sərbəst güləşçisi döşək üzərinə çıxacaq.
İdman.Biz xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq), Giorgi Meşvildişvili (125 kq) mübarizəyə qoşulacaqlar.
Rəşid Babazadə (65 kq) isə təsəlliverici görüşdə Ayub Musayevlə (Belçika) qarşılaşacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
