DÇ-2026: Almaniya və Niderland mundialda ilk oyunlarına çıxırlar

14 İyun 2026 10:36
102
DÇ-2026: Almaniya və Niderland mundialda ilk oyunlarına çıxırlar

Futbol üzrə 2026-cı il dünya çempionatında bu gün dördüncü oyun gününün qarşılaşmaları keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün ilk matçında E qrupunda Almaniya millisi mundialın debütantı Kurasao ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Gecənin növbəti görüşündə Niderland və Yaponiya milliləri F qrupunda münasibətlərinə aydınlıq gətirəcəklər. Matç saat 00:00-da start götürəcək.

Daha sonra E qrupunda Kot-d’İvuar Ekvadorla qarşılaşacaq. Bu oyunun start fiti saat 03:00-da səslənəcək. Dördüncü oyun gününə İsveç - Tunis matçı ilə yekun vurulacaq. F qrupunun qarşılaşması saat 06:00-da başlayacaq.

Dördüncü oyun gününün proqramı:

14 iyun
21:00 Almaniya - Kurasao

15 iyun
00:00 Niderland - Yaponiya
03:00 Kot-d’İvuar - Ekvador
06:00 İsveç - Tunis

İdman.Biz