Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.
Milli Gimnastika Arenasında təşkil edilən mundialın 4-cü günündə qadın güləşi üzrə millinin 5 üzvü xalçaya çıxıb.
Gülxanım Şirinova (40 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Təmsilçimiz tunisli Tasmin Athimniyə “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şirinova sabah təsəlliverici görüşə çıxacaq.
Nuray Cəfərli (46 kq) də yarışa 1/4 finaldan start verib. Həmyerlimiz macarıstanlı Vivyen Sentpalla görüşdə böyük hesabla önə çıxsa da, üstünlüyünü sonadək qoruya bilməyib – 8:10.
Fatimə Bayramova (53 kq) israilli Sela Rozovla moldovalı Ruslana Karapetianta 11:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda amerikalı Marli Solomona “tuş”la uduzub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.
Fidan Babayeva (61 kq) 1/8 finalda qazaxıstanlı Arujan Bakitnura (2:11), Simurə Abdullayeva (69 kq) isə eyni mərhələdə qırğızıstanlı Milana Ulanovaya (6:10) məğlub olub.
13:37
Qadın güləşçimiz Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatının 1/4 finalında uduzub.
İdman.Biz xəbər verir ki, 53 kq çəki dərəcəsində yarışan idmançı ABŞ-dən olan Marli Solomona 1:8 hesabı ilə yenilib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
13:27
Qadın güləşçimiz Gülxanım Şirinova Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.
İdman.Biz xəbər verir ki, 40 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda tunuslu Tasmin Atimniyə 4:6 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
13:02
Qadın güləşçimiz Nuray Cəfərli Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.
İdman.Biz xəbər verir ki, 46 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda macarıstanlı Vivien Sentpala 8:10 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:44
Qadın güləşçimiz Simurə Abdullayeva Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.
İdman.Biz xəbər verir ki, 69 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda qırğızıstanlı Milana Ulanovaya 6:10 hesabı ilə yenilib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:21
Qadın güləşçimiz Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatında ikinci görüşündə də qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, 53 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda moldovalı Ruslana Karapetiantı 11:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:09
Qadın güləşçimiz Fidan Babayeva Bakıda təşkil olunan dünya çempionatında ilk görüşünü keçirib.
İdman.Biz xəbər verir ki, 61 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda qazaxıstanlı Aruzhan Bakitnura 2:11 hesabı ilə məğlub olub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
11:24
Qadın güləşçimiz Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
İdman.Biz xəbər verir ki, 53 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində israilli Sela Rozovu 11:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
09:24
Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, turnirin dördüncü günündə Azərbaycanın daha beş güləşçisi xalça üzərinə çıxacaq.
Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində israilli Sela Rozovla üz-üzə gələcək.
Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (69 kq) 1/8 finaldan, Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) isə 1/4 finaldan mübarizəyə qoşulacaqlar.
Xatırladaq ki, ötən gün Azərbaycanın dörd qadın güləşçisi uğursuz çıxış edib.
Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
