Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
İdman.Biz-in məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusa qalib gələrək (4:2) həledici mərhələyə adlayıb.
Yunan-Roma güləşçimiz Orxan Həbibli isə U-17 dünya çempionatında bürünc medal uğrunda görüşdə iştirak edəcək.
65 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukrayna təmsilçisi İbrahim Nəsibova uduzaraq (3:4) həledici mərhələyə adlaya bilməyib.
18:58
Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.
İdman.Biz bildirir ki, təmsilçimiz Ömər Salmanov (48 kq) yarımfinalda rusiyalı Soltan Yusupova 1:3 hesabı ilə məğlub olub və sabah bürünc medal uğrunda mübarizə aparacaq.
14:20
Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri Ömər Salmanov, İsfahan Həsənov, Orxan Həbibli növbəti qələbələrini qazanaraq yarımfinala vəsiqə əldə ediblər.
İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Ömər Salmanov 1/4 finalda İran təmsilçisi Esmaeili Leivesini 6:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, bundan əvvəl 1/8 finalda Hindistan güləşçisi Avinaş Çetakeni də eyni hesabla (6:1) üstələmişdi.
80 kq çəki dərəcəsində çıxış edən İsfahan Həsənov isə 1/8 finalda Polşa idmançısı Şimon Trederlə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib. Həsənov daha əvvəl təsnifat mərhələsində Xorvatiya güləşçisi Toma Yelençi 6:0 hesabı ilə məğlub etmişdi.
65 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda özbəkistanlı Sardor Mahmudovu 9:0 hesabı ilə məğlub edib. Orxan Həbibli təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi (8:0), 1/8 finalda isə rumıniyalı Qabriel Lunqunu (18:9) üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
13:40
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov Bakıda keçirilən U-17 dünya çempionatında 1/8 finalında məğlub olub.
İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində yarışan idmançımızın rəqibi hindistanlı Hariom Harioma olub. Mübarizə 3:3 hesabı ilə bitsə də, son xal prinsipinə əsasən hindistanlı idmançı qalib gəlib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
13:07
Azərbaycanın yunan-Roma güləşçiləri Orxan Həbibli və Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında uğurlu çıxışlarını davam etdirirlər.
İdman.Biz xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həbibli 1/8 final mərhələsində rumıniyalı Qabriel Lunqu ilə qarşılaşıb. Azərbaycan güləşçisi rəqibini 18:9 hesabı ilə məğlub edərək ikinci qələbəsini qazanıb.
48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov isə mundialda ilk görüşündən qalib ayrılıb. O, 1/8 final mərhələsində hindistanlı Avinaş Çetake üzərində 6:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Qurban Məcnunov və İsfahan Həsənov U-17 dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib. Emin Baxşəliyev isə mundialda ilk görüşündə məğlub olub.
12:36
Azərbaycanın yunan-Roma güləşçisi Emin Baxşəliyev Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.
İdman.Biz xəbər verir ki, 110 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində serbiyalı Andrey Simiçə 3:4 hesabı ilə uduzub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:01
Azərbaycanın yunan-Roma güləşçiləri Qurban Məcnunov və İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşlərindən qələbə ilə ayrılıblar.
İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Qurban Məcnunov təsnifat mərhələsində qırğızıstanlı Alixan Minazarovla qarşılaşıb. Azərbaycan güləşçisi rəqibini 9:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
80 kq çəki dərəcəsində çıxış edən İsfahan Həsənov isə təsnifat mərhələsində xorvatiyalı Toma Yelençlə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
11:09
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında ilk qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində çexiyalı Qaspar Sançezlə üz-üzə gəlib.
Azərbaycan idmançısı bu görüşdə rəqibini 8:0 hesabı ilə məğlub edib.
09:28
Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatı start götürəcək.
İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk yarış günündə yunan-Roma güləşi üzrə qarşılaşmalar baş tutacaq.
Yarış proqramına əsasən, saat 17:15-də çempionatın açılış mərasimi keçiriləcək. Günün yarımfinal görüşləri isə saat 18:00-da başlayacaq.
Azərbaycan millisinin ilk gün üçün görüşləri:
48 kq, 1/8 final
Ömər Salmanov - Avinaş Çetake (Hindistan)
55 kq, təsnifat mərhələsi
Qurban Məcnunov - Alixan Minazarov (Qırğızıstan)
65 kq, təsnifat mərhələsi
Orxan Həbibli - Qaspar Sançez (Çexiya)
80 kq, təsnifat mərhələsi
İsfahan Həsənov - Toma Yelenç (Xorvatiya)
110 kq, təsnifat mərhələsi
Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
Qeyd edək ki, yarış avqustun 2-də yekunlaşacaq.
