Bakıda güləş üzrə U-17 dünya çempionatına sabah start veriləcək.
İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Bu gün yarışın püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, Azərbaycan təmsilçilərinin ilk rəqibləri də müəyyənləşib.
45 kq, Təsnifat mərhələsi
Əli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)
48 kq, 1/8 final
Ömər Salmanov – Avinaş Çetake (Hindistan)
51 kq, Təsnifat mərhələsi
Abdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)
55 kq, Təsnifat mərhələsi
Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)
60 kq, Təsnifat mərhələsi
Elmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)
65 kq, Təsnifat mərhələsi
Orxan Həbibli – Qaspar Sançez (Çexiya)
71 kq, Təsnifat mərhələsi
Nadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)
80 kq, Təsnifat mərhələsi
İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)
92 kq, Təsnifat mərhələsi
Zöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)
110 kq, Təsnifat mərhələsi
Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
Xatırladaq ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq.
