Çimərlik futbolu millimiz Qazaxıstana qalib gəlib - YENİLƏNİB

25 İyul 2026 00:10
1 143
Çimərlik futbolu millimiz Qazaxıstana qalib gəlib

Azərbaycanın çimərlik futbolu millisi yoldaşlıq oyunu keçirib.

İdman.Biz xəbər verir ki, yığmamız Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan millisi ilə qarşılaşıb.

Matç 7:4 hesabı ilə Azərbaycan millisinin xeyrinə qurtarıb.

10:08

Bu gün Azərbaycanın çimərlik futbolu millisi yoldaşlıq oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, yığmamız Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan millisi ilə qarşılaşacaq.

Görüş Su İdmanı Sarayının çimərlik futbolu meydançasında keçiriləcək və saat 19:00-da başlayacaq.

İdman.Biz