Azərbaycanın “Marafon” çimərlik futbolu komandası Türkiyədə təşkil olunan “World Winners Cup Alanya 2026” turnirində üçüncü oyununu keçirib. F qrupunda mübarizə Marafon kollektiv bu dəfə Bolqarıstanın “Spartak” komandası ilə üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, görüşün əsas vaxtı 4:4 hesabı ilə heç-heçə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) “Spartak” qələbə qazanıb.
Qeyd edək ki, ”Marafon” İK ilk turda Çinin TMS klubuna 2:4, ikinci oyunda isə Ukraynanın “Sunrise” (Kiyev) komandasına 6:8 hesabı ilə uduzub.
