Qazaxıstanın Astana şəhərində güləş üzrə dünya çempionatına start verilib.
İdman.Biz xəbər verir ki, yunan-Roma güləşi üzrə 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov ilk görüşündə yaponiyalı İsami Horikitanı tam üstünlüklə məğlub edib - 8:0.
Bu qələbə sayəsində güləşçimiz 1/8 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Astanada keçirilən dünya çempionatında Azərbaycanı ümumilikdə 23 güləşçi təmsil edəcək. Mundial noyabrın 1-də başa çatacaq.
09:28
Bu gün, oktyabrın 24-də Qazaxıstanın Astana şəhərində güləş üzrə dünya çempionatına start veriləcək.
İdman.Biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycanı yunan-Roma güləşi üzrə dörd idmançı – Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Qurban Qurbanov (82 kq) təmsil edəcək.
Murad Məmmədov ilk görüşündə Türkiyə təmsilçisi Ənəs Başarla qarşılaşacaq. Sənan Süleymanovun rəqibi isə yaponiyalı İsamı Horikita olacaq.
Dördqat dünya çempionu Eldəniz Əzizli və Qurban Qurbanov ilk mərhələdən azaddırlar. Onlar mübarizəyə növbəti mərhələdən başlayacaqlar.
Qeyd edək ki, Astanada keçirilən dünya çempionatında Azərbaycanı ümumilikdə 23 güləşçi təmsil edəcək. Mundial noyabrın 1-də başa çatacaq.
