Çimərlik futbolu üzrə millimiz dünya reytinqində irəliləyib

2 Sentyabr 2026 16:29
89
Çimərlik futbolu üzrə millimiz dünya reytinqində irəliləyib

Azərbaycanın çimərlik futbolu üzrə milli komandası dünya reytinqində altı pillə irəliləyib.

İdman.Biz xəbər verir ki, bu barədə Beynəlxalq Çimərlik Futbolu Federasiyası (BSWW) məlumat yayıb.

Yığma 379,25 xalla dünya sıralamasında 29-cu, Avropa reytinqində isə 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, əvvəlki reytinqdə Azərbaycan millisi dünyada 35-ci, Avropada isə 13-cü yerdə olub.

Beləliklə, komandamız dünya reytinqində altı, Avropa sıralamasında isə bir pillə irəliləyib.

İdman.Biz