İraq və Bəhreynin çimərlik futbolu matçından sonra kütləvi dava düşüb - VİDEO

22 Noyabr 2026 21:38
94
İraq və Bəhreynin çimərlik futbolu matçından sonra kütləvi dava düşüb - VİDEO

Çimərlik futbolu üzrə Asiya çempionatında İraq və Bəhreyn millilərinin qarşılaşması final fitindən sonra dava ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, qarşıdurma Bəhreyn yığmasının qapıçısı ilə İraq futbolçuları arasında başlayıb və əlbəyaxa davaya çevrilib.

Görüşdə yeganə qolu vuran Bəhreyn millisi meydandan 1:0 hesablı qələbə ilə ayrılıb. Ardıcıl üçüncü məğlubiyyətini alan İraq yığması isə turnirdə mübarizəni dayandırıb.

İdman.Biz