Üç cüdoçumuz Daşkənddə medal uğrunda tatamiyə çıxır

20 Noyabr 2026 00:56
42
Üç cüdoçumuz Daşkənddə medal uğrunda tatamiyə çıxır

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın daha üç təmsilçisi yarışacaq.

İdman.Biz xəbər verir ki, noyabrın 20-də kişilərin 81 kq çəki dərəcəsində Mehdi Abbasov və Cəsur İbadlı mübarizəyə başlayacaqlar. Hər iki cüdoçumuz ilk görüşünü 1/32 finalda keçirəcək. Abbasov italiyalı Edoardo Mikele Russo, İbadlı isə küveytli Anas Buqammazla qarşılaşacaq.

Qızların 63 kq çəki dərəcəsində Hanna Zaytseva tatamiyə çıxacaq. O, 1/16 finalda gürcüstanlı Mariam Natelauri ilə üz-üzə gələcək.

İkinci günün ilkin mərhələ görüşləri Bakı vaxtı ilə saat 07:30-da, final bloku isə 16:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan ilk yarış gününü bir bürünc medalla başa vurub. Məhəmməd Musayev 66 kq çəki dərəcəsində üçüncü olub, Xədicə Qədəşova isə 57 kq-da beşinci yeri tutub.

İdman.Biz