Noyabrın 21-22-də Bakıda cüdo üzrə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, imtahan Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində keçiriləcək.
Kəmər seçimi idmançıların yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla başa vuran namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək. İmtahanda iştirak etmək istəyənlər təmsil etdikləri idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilərlər. Qeydiyyat ödənişlidir.
