Xorvatiyada keçirilən Zaqreb Qran-prisində qızıl medal qazanan Azərbaycan cüdoçusu Kənan Nəsibovun ən böyük hədəfi dünya və Olimpiya çempionu olmaqdır.
+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu yarışla bağlı fikirlərini bölüşüb.
“Təəssüratlarım əladır. Xorvatiyaya çempionluq üçün gəlmişdim. Buna da nail oldum. Son 2-3 ildə ağır çəkidə yaxşı rəqabət var. Artıq dünya reytinqində Azərbaycanın üç cüdoçusu ilk “20-lik”də yer alır. Karyeramla bağlı ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
K.Nəsibov 2026-cı ilin onun üçün uğurlu keçdiyini söyləyib:
“2026-cı il mənim üçün yaddaqalan oldu. Böyük turnirlərdə qalib gələrək tarix yazdım. Daşkənddəki “Böyük Dəbilqə”də və U-23 Avropa çempionatında qızıl medal qazandım. Bakıda böyüklər arasında keçirilən dünya çempionatında üçüncü yeri tutdum. Ağır çəkidə bu nailiyyətləri Azərbaycanda heç kim əldə etməmişdi. Buna görə çox sevinirəm. Ailəmə, məşqçilər heyətinə, Azərbaycan Cüdo Federasiyasına təşəkkür edirəm”.
Xatırladaq ki, Kənan Nəsibov Zaqreb Qran-prisinin finalında Almaniya təmsilçisi Losseni Koneyə qalib gəlib.
