Azərbaycan futbol millisi bu gün Millətlər Liqasında son oyununa çıxacaq

13 Noyabr 2026 09:28
48
Azərbaycan futbol millisi bu gün Millətlər Liqasında son oyununa çıxacaq

Azərbaycan futbol millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma səfərdə Lixtenşteyn komandası ilə qarşılaşacaq.

D Liqasının ikinci qrupunun görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Matçın baş hakimi estoniyalı Kristo Tohver olacaq.

Qeyd edək ki, Azərbaycan millisi üç oyundan sonra beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn isə bir xalla sonuncu pillədə qərarlaşıb. Qrupun sonuncu matçında noyabrın 16-da Litva Lixtenşteyni qəbul edəcək.

İdman.Biz