“Ordu” komandası CEV Çelenc Kubokunda ilk oyununu keçirəcək

11 Noyabr 2026 10:39
58
“Ordu” komandası CEV Çelenc Kubokunda ilk oyununu keçirəcək

Kişi voleybolçulardan ibarət “Ordu” komandası bu gün CEV Çelenc Kubokunda mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin ilk oyununda səfərdə Norveçin “Forde VBK” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:30-da başlayacaq görüşün cavab matçı noyabrın 19-da Bakıda keçiriləcək. Qarşılaşmaya Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi ev sahibliyi edəcək.

İdman.Biz
Məqalədə: