“Turan”ın voleybolçusu: “Çox iş görüldü, amma buna dəyərdi” – İDMAN.BİZ TOVUZDAN

10 Noyabr 2026 23:01
38
“Turan”ın voleybolçusu: “Çox iş görüldü, amma buna dəyərdi” – İDMAN.BİZ TOVUZDAN

“Turan” qadın voleybol komandası CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” klubunu qəbul edib. Görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, qələbədən sonra komandanın voleybolçusu Yelizaveta Ruban oyunla bağlı fikirlərini bölüşüb. O, ilk növbədə azarkeşlərə minnətdarlığını bildirib:

“Bütün azarkeşlərə təşəkkür edirəm, inanılmaz atmosfer var idi. Çempionlar Liqasının qrup mərhələsinə yüksəldiyimizə görə çox sevinirəm”.

Ruban bu nəticəyə çatmaq üçün komandanın ciddi zəhmət çəkdiyini vurğulayıb:

“Çox iş görüldü, çoxlu səfərlər, çoxlu hazırlıq oldu. Amma bunların hamısı buna dəyərdi. Hamımız qrupa düşdüyümüz üçün xoşbəxtik. Bundan sonra qrupda yaxşı nəticə göstərmək üçün daha çox çalışacağıq. Təşəkkür edirəm”.

Qeyd edək ki, “Turan” “Maritsa”ya 3:0 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz