Ayşən Əbdüləzimova: “Rəqiblər güclüdür, amma biz də zəif rəqib deyilik” - İDMAN.BİZ TOVUZDAN - VİDEO

10 Noyabr 2026 21:00
56
Ayşən Əbdüləzimova: “Rəqiblər güclüdür, amma biz də zəif rəqib deyilik” - İDMAN.BİZ TOVUZDAN

Qadın voleybolçulardan ibarət “Turan” komandasının üzvü Ayşən Əbdüləzimova CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” klubu üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, voleybolçu qarşılaşmadan sonra açıqlamasında əsas məqsədlərinin Tovuz təmsilçisi olaraq tarix yazmaq olduğunu bildirib.

“Bugünkü oyun da səfər qarşılaşması kimi bir qədər gərgin keçdi. Amma əsas olan qələbə qazanmaq və bir region klubu olaraq tarix yazmaq idi. Bütün Tovuzu təbrik edirəm. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm. İnşallah, qrup mərhələsində də əlimizdən gələni edəcəyik, sona qədər mübarizə aparacağıq”, - deyə voleybolçu bildirib.

Əbdüləzimova qrup mərhələsində qarşılaşacaqları rəqiblərin gücünə də toxunub:

“Rəqiblərimiz kifayət qədər güclüdür. “Skandiççi” və “Əczaçıbaşı” komandalarına qarşı əvvəllər oynamışam. Onların gücünü yaxşı bilirəm. Amma biz də zəif rəqib deyilik”.

Qeyd edək ki, “Turan” “Maritsa” üzərində 3:0 hesablı qələbə qazanaraq CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

İdman.Biz