“Maritsa” “Turan”la cavab oyunu üçün Tovuza yollandı - ÖZƏL + VİDEO

9 Noyabr 2026 11:04
35
“Maritsa” “Turan”la cavab oyunu üçün Tovuza yollandı - ÖZƏL + VİDEO

Bolqarıstanın “Maritsa” qadın voleybol komandası Bakından Tovuza yola düşüb.

İdman.Biz xəbər verir ki, Plovdiv təmsilçisi CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün bu gün Tovuza yollanıb.

Qeyd edək ki, “Maritsa” noyabrın 10-da “Turan”ın qonağı olacaq. Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Komandalar arasında ilk oyunda Azərbaycan təmsilçisi səfərdə 3:0 hesablı qələbə qazanıb.

İdman.Biz