İspaniya La Liqasının 12-ci turunda “Rasinq Santander” səfərdə “Malaqa”nı 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “La Rosaleda” stadionunda keçirilən qarşılaşmada hesabı 28-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Karlos Dotor açıb.
Fasilədən sonra qonaqlar oyunda dönüş ediblər. 50-ci dəqiqədə İker Luke hesabı bərabərləşdirib, 60-cı dəqiqədə isə Yasir Zabiri komandasının qələbə qolunu vurub.
64-cü dəqiqədə “Malaqa”nın futbolçusu Adam Aznu ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Qarşılaşmanın son dəqiqələrində Zabirinin daha bir qolu qeydə alınmayıb.
Beləliklə, “Rasinq Santander” cari mövsümdə ilk səfər qələbəsini qazanıb. “Malaqa” isə növbəti dəfə meydanı qələbəsiz tərk edib.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran qonaqlar turnir cədvəlində doqquzuncu pilləyə yüksəlib. "Malaqa" isə beş xalla sonuncu - 20-ci sırada qərarlaşıb.
