“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirib. Azərbaycan çempionu dördüncü turda Norveçin “Vikinq” klubunun qonağı olub. Stavanger şəhərində keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, “Lyse Arena” stadionunda baş tutan qarşılaşmada Valdas Dambrauskasın yetirmələri oyuna yaxşı başlayıb. Artıq 11-ci dəqiqədə Orfe Mbina Umarali Raxmonaliyevin ötürməsindən sonra hesabı açıb.
Lakin meydan sahibləri 27-ci dəqiqədə Erik Botheymin qolu ilə tarazlığı bərpa ediblər. Ona məhsuldar ötürməni Kristoffer Haugen verib.
İlk hissənin 33-cü dəqiqəsində “Sabah”ın heyətində məcburi dəyişiklik edilib. Zədələnən Velko Simiçi Coy-Lens Mikels əvəzləyib. Fasiləyə komandalar 1:1 hesabı ilə yollanıblar.
İkinci hissədə “Vikinq” hesabda önə keçib. 69-cu dəqiqədə “Sabah”ın qapısına təyin olunan penaltini Zlatko Tripiç yerinə yetirib. Stas Pokatilov onun ilk zərbəsini dəf etsə də, futbolçu qayıdan topu qapıya göndərib.
77-ci dəqiqədə Azərbaycan təmsilçisi azlıqda qalıb. Eyden Makkarti kobud oyuna görə VAR yoxlamasından sonra birbaşa qırmızı vərəqə alıb.
Bundan dörd dəqiqə sonra “Vikinq” fərqi artırıb. Zlatko Tripiçin ötürməsindən sonra Henrik Falçener başla fərqlənib. Oyunun 90+4-cü dəqiqəsində isə Erik Botheym ikinci qolunu vuraraq dubl edib və yekun hesabı müəyyənləşdirib - 4:1.
Bu, “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsində üçüncü məğlubiyyəti olub. Azərbaycan çempionu əvvəlki turlarda “Mançester Yunayted”ə 0:4, Dortmund “Borussiya”sına 1:2 hesabı ilə uduzub, Çexiyanın “Slaviya” klubunu isə 2:0 hesabı ilə məğlub edib.
Dörd oyundan sonra üç xalı olan “Sabah” növbəti matçını noyabrın 25-də keçirəcək. Bakı təmsilçisi Bakı Olimpiya Stadionunda “Barselona”nı qəbul edəcək.
01:53
90+4-cü dəqiqədə Erik Botheym ikinci qolunu vuraraq dubl edib və “Vikinq”in üstünlüyünü 4:1-ə çatdırıb.
01:40
Oyunun 81-ci dəqiqədə Henrik Falçener Zlatko Tripiçin ötürməsindən sonra fərqlənərək “Vikinq”in üstünlüyünü artırıb - 3:1.
01:36
“Sabah”ın futbolçusu Eyden Makkarti 76-cı dəqiqədə VAR yoxlamasından sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
01:28
Qarşılaşmanın 69-cu dəqiqədə top “Sabah”ın futbolçusu Akim Zedadkanın əlinə dəydiyi üçün hakim qapımıza penalti zərbəsi təyin edib.
İdman.Biz xəbər verir ki, "Sabah"ın qapıçı Stas Pokatilov Zlatko Tripiçin zərbəsini dəf etsə də, futbolçu qayıdan topu qapıya göndərərək “Vikinq”i hesabda önə çıxarıb - 2:1.
01:03
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda keçirilən “Vikinq” - “Sabah” matçının ikinci hissəsi başlayıb.
İdman.Biz xəbər verir ki, Norveçin Stavanger şəhərindəki “Lyse Arena” stadionunda keçirilən qarşılaşmada hesab 1:1-dir.
İlk hissədə “Sabah”ın heyətində Orfe Mbina, meydan sahiblərindən isə Erik Botheym fərqlənib.
00:48
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda keçirilən “Vikinq” - “Sabah” matçının ilk hissəsi başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.
“Sabah”ın heyətində Orfe Mbina 11-ci dəqiqədə hesabı açıb, “Vikinq”in futbolçusu Erik Botheym isə 27-ci dəqiqədə tarazlığı bərpa edib.
“Sabah”ın heyətində Velko Simiç zədə səbəbindən 33-cü dəqiqədə meydanı tərk edib, onun yerinə Coy-Lens Mikels oyuna daxil olub.
00:28
“Vikinq”in hücumçusu Erik Botheym 27-ci dəqiqədə Kristoffer Haugenin ötürməsindən sonra fərqlənərək “Sabah”la oyunda hesabı bərabərləşdirib - 1:1.
00:13
“Sabah”ın heyətində Orfe Mbina 11-ci dəqiqədə Umarali Raxmonaliyevin ötürməsindən sonra hesabı açıb - 1:0.
23:55
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda “Vikinq” və “Sabah” komandaları arasında oyun başlayıb.
İdman.Biz xəbər verir ki,İdman.Biz xəbər verir ki, qarşılaşma Norveçin Stavanger şəhərində yerləşən “Lyse Arena” stadionunda keçirilir.
Görüşü niderlandlı baş hakim Sander van der Eyk idarə edir.
23:00
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda Norveçin “Vikinq” və Azərbaycanın “Sabah” komandaları arasında keçiriləcək oyunun start heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
“Vikinq”: Öystbyo, Heggeym, Stensnes, Falçener, K. Haugen, Askildsen, Morten Moi, Kvia-Eskeq, Harald Byordal, Erik Botheym, Zlatko Tripiç (k).
Ehtiyat oyunçular: Lyubomir Belko, Herman Haugen, Vilyar Vevatne, Co Bell, Romano Postema, Essien Bassey, Amin Çosiç, Peter Kristiansen, Niklas Fuglestad, Vetle Auklend, Yesper Daland, Yakob Hansen.
“Sabah”: Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Abdulla Xaybulayev, Kristian Nvaçukvu, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Timoteuş Puxaç, Velko Simiç, Akim Zedadka, Orfe Mbina.
Ehtiyat oyunçular: Amin Ramazanov, Rəvan Mirzəmmədov, Rəhman Daşdəmirov, Xəyal Əliyev, Aleksey İsayev, Kahem Parris, Tellur Mütəllimov, Coy-Lens Mikels, Erivaldo Almeyda, Konstantin Severina, Du Keyros, Rodriqo Fernandes.
Qeyd edək ki, Stavanger şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
09:23
“Sabah” futbol komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə “Vikinq”in qonağı olacaq.
Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq.
“Sabah” daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin “Mançester Yunayted” (0:4) və Almaniyanın “Borussiya” (Dortmund) klublarına uduzub - 1:2. Azərbaycan çempionu Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib. “Sabah” üç turdan sonra 3 xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb.
“Vikinq” isə qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində keçirdiyi əvvəlki üç oyunun 2-də uduzub, 1-də heç-heyə nail olub. İngiltərədə “Aston Villa”ya, Almaniyada “Ştutqart”a (hər ikisi 1:3) uduzan kollektiv evdə Almaniya nəhəngi “Bavariya” ilə bərabərə qalıb - 3:3.
