İspaniya La Liqasının 11-ci turunda “Xetafe” futbol komandası doğma meydanda “Sevilya”nı 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı 19-cu dəqiqədə qonaqların müdafiəçisi Kike Salas açıb.
“Xetafe” ikinci hissədə oyunun gedişini dəyişməyi bacarıb. 68-ci dəqiqədə Enes Ünal tarazlığı bərpa edib. Bundan beş dəqiqə sonra Martin Satriano meydan sahiblərini hesabda önə keçirib.
Görüşün əsas vaxtına əlavə olunan dördüncü dəqiqədə Orel Manqala fərqlənərək yekun nəticəni müəyyənləşdirib - 3:1.
Bu qələbədən sonra “Xetafe”nin xal ehtiyatı 12-yə yüksəlib. Komanda turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
“Sevilya” isə 11 oyundan sonra 17 xalla altıncı yerdədir.
