“Turan” CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək uğrunda oynayacaq

29 Oktyabr 2026 09:45
88
“Turan” CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək uğrunda oynayacaq

Azərbaycanın Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi cavab qarşılaşmasında Xorvatiyanın “Mladost Zaqreb” komandası ilə üz-üzə gələcək.

Zaqreb şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk oyunda “Turan” 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb.

Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, qarşılaşma “CBC Sport” telekanalında canlı yayımlanacaq.

İdman.Biz