“DH Volley” voleybol klubu Çelenc Kubokunda ilk oyununa çıxacaq

27 Oktyabr 2026 09:29
113
“DH Volley” voleybol klubu Çelenc Kubokunda ilk oyununa çıxacaq

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi Danimarkanın “Holte IF” komandası ilə üz-üzə gələcək.

Holte şəhərində təşkil olunacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.

İdman.Biz