“DH Volley” avrokuboklarda ilk oyununa çıxacaq

26 Oktyabr 2026 19:58
95
“DH Volley” avrokuboklarda ilk oyununa çıxacaq

Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 1/32 final mərhələsində Danimarkanın “Holte IF” klubu ilə üz-üzə gələcək.

Oktyabrın 27-də Danimarkada keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar arasında cavab qarşılaşması isə noyabrın 5-də Bakıda təşkil olunacaq.

İdman.Biz