A Seriyası: “İnter” 98-ci dəqiqədə vurduğu qolla “Fiorentina”ya qalib gəldi - VİDEO

25 Oktyabr 2026 17:42
124
A Seriyası: “İnter” 98-ci dəqiqədə vurduğu qolla “Fiorentina”ya qalib gəldi - VİDEO

İtaliya A Seriyasında növbəti turun ən gərgin qarşılaşmalarından biri Milanda keçirilib. “İnter” son dəqiqələrə məğlub vəziyyətdə daxil olduğu oyunda geridönüş edərək “Fiorentina”dan üç xal almağı bacarıb.

İdman.Biz xəbər verir ki, İtaliya A Seriyasının səkkizinci turunda “İnter” doğma meydanda “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib.

Milanın “San-Siro” stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıblar. 65-ci dəqiqədə Alexandro Ximenes fərqlənərək “Fiorentina”nı önə keçirib.

Meydan sahibləri 90+1-ci dəqiqədə Markus Türamın qolu ilə tarazlığı bərpa ediblər. Görüşün taleyini isə 90+8-ci dəqiqədə təyin olunan penalti həll edib. Pyotr Zelinski 11 metrlik zərbəni dəqiq yerinə yetirərək “İnter”ə qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 22-yə çatdıran “İnter” turnir cədvəlinin lideri olub. Cəmi dörd xalı olan “Fiorentina” isə 18-ci pillədə qərarlaşıb.

Növbəti turda “İnter” oktyabrın 28-də səfərdə “Venesiya” ilə qarşılaşacaq. “Fiorentina” isə oktyabrın 29-da “Atalanta”nı qəbul edəcək.

İdman.Biz