U-20 voleybolçu qızlarımız bu gün Polşa ilə qarşılaşacaq

23 Oktyabr 2026 10:38
108
U-20 voleybolçu qızlarımız bu gün Polşa ilə qarşılaşacaq

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayır.

İdman.Biz xəbər verir ki, Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatında Polşa yığması ilə qarşılaşacaq.

Gürcüstanın Rustavi şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 24-də növbəti oyununda Latviya seçməsi ilə üz-üzə gələcək.

İdman.Biz