“Sabah” bu gün Çempionlar Liqasında “Borussiya” ilə qarşılaşacaq

20 Oktyabr 2026 09:23
117
“Sabah” bu gün Çempionlar Liqasında “Borussiya” ilə qarşılaşacaq

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin üçüncü turunda Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.

Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.

Qeyd edək ki, “Sabah” hazırda əsas mərhələsində üç xalla 22-ci, eyni xala malik qonaqlar 18-ci pillədə qərarlaşıb.

İdman.Biz