A Seriyası: “Leççe” “Udineze”ni səfərdə məğlub etdi

18 Oktyabr 2026 17:06
105
A Seriyası: “Leççe” “Udineze”ni səfərdə məğlub etdi

İtaliyanın “Leççe” futbol komandası A Seriyasının yeddinci turunda “Udineze”ni səfərdə 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qonaqlar qarşılaşmanın ilk hissəsində iki dəfə fərqlənərək qələbənin əsasını qoyublar.

Matçın 11-ci dəqiqəsində Kialonda Qaspar hesabı açıb. 33-cü dəqiqədə isə Konan Ndri fərqi iki topa çatdırıb.

Fasilədən sonra “Udineze” oyunun gedişini dəyişməyə çalışsa da, rəqib qapısına yol tapa bilməyib.

86-cı dəqiqədə Camil Zibert üçüncü qolu vuraraq yekun hesabı müəyyənləşdirib - 0:3.

Beləliklə, “Leççe” səfərdə böyükhesablı qələbə qazanaraq qapısını toxunulmaz saxlayıb.

İdman.Biz