“Barselona” Avropanı fəth etməyə hazırlaşır - Laporta hədəfi açıqladı

20 Oktyabr 2026 09:08
107
“Barselona” Avropanı fəth etməyə hazırlaşır - Laporta hədəfi açıqladı

“Barselona”nın prezidenti Joan Laporta komandasının İspaniya futbolundakı üstünlüyünü davam etdirmək və cari mövsümdə UEFA Çempionlar Liqasının qalibi olmaq niyyətində olduğunu açıqlayıb.

İdman.Biz “The Touchline”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri uğurların gərgin əmək, nizam-intizam və məsuliyyətli yanaşmanın nəticəsi olduğunu vurğulayıb.

“Barselona” üstünlük təşkil edir, çünki biz çox çalışırıq, işimizə məsuliyyətlə və intizamla yanaşırıq. Məhz buna görə son dörd ildə üç dəfə La Liqa çempionu olmuşuq. Məqsədimiz İspaniya futbolundakı üstünlüyümüzü davam etdirməkdir”, - deyə Laporta bildirib.

Klub prezidenti beynəlxalq arenada da eyni uğurlara nail olmaq istədiklərini qeyd edib:

“Biz Avropa futbolunda da dominantlıq etmək istəyirik. Bu il qarşımıza son illərdə qazana bilmədiyimiz Çempionlar Liqası kubokunu əldə etmək məqsədi qoymuşuq”.

Qeyd edək ki, “Barselona” əvvəlki iki mövsümdə Çempionlar Liqasında müvafiq olaraq yarımfinal və dörddəbir final mərhələlərində mübarizəni dayandırıb.

İdman.Biz