Ronalduya kəsilən cərimə onun cəmi 39 saniyəlik qazancına bərabərdir

20 Oktyabr 2026 08:07
122
Ronalduya kəsilən cərimə onun cəmi 39 saniyəlik qazancına bərabərdir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etdiyinə görə aldığı cərimənin məbləğini cəmi 39 saniyəyə qazana bilər.

İdman.Biz xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının İntizam Şurası 41 yaşlı futbolçunu 30 günlük diskvalifikasiya edib və 255 avro (təxminən 487 manat) məbləğində cərimələyib.

Portuqaliya mediasının məlumatına görə, Ronaldunun “Əl-Nəsr”də illik maaşı 208,4 milyon avro təşkil edir. Bu isə portuqaliyalı hücumçunun hər saniyədə təxminən 6,6 avro qazanması deməkdir.

Sadə hesablama göstərir ki, ulduz futbolçu cəriməni ödəmək üçün tələb olunan məbləği cəmi 39 saniyəyə əldə edir.

Xatırladaq ki, Ronaldu sentyabrın sonunda Jorje Jezuşla ehtimal olunan münaqişə fonunda milli komandanın düşərgəsini tərk edib.

Portuqaliyalı hücumçunun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.

İdman.Biz