“Mançester Yunayted” Dortmund “Borussiya”sının və Almaniya millisinin yarımmüdafiəçisi Feliks Nmeçanı heyətinə qatmaqda ciddi maraqlıdır.
İdman.Biz "Transfer News Live"-a istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi 26 yaşlı futbolçunun qış transfer pəncərəsində mümkün keçidi üzərində artıq işə başlayıb.
Məlumata görə, “Borussiya” yarımmüdafiəçisini 90-100 milyon avroya (təxminən 179-199 milyon manat) qiymətləndirir və daha aşağı məbləğə satmaq niyyətində deyil.
Transfermarkt portalı isə Nmeçanın bazar dəyərini 65 milyon avro göstərir. Futbolçunun Dortmund klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Cari mövsümdə Niko Kovaçın komandasında bütün turnirlər üzrə on oyuna çıxan Nmeça iki qol vurub.
Qeyd edək ki, “Borussiya” bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda Bakıda “Sabah”la qarşılaşacaq.
