Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”yə qarşı

17 Oktyabr 2026 10:07
112
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının səkkizinci turu çərçivəsində ikinci qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Oyun saat 19:00-da başlayacaq. “Qarabağ” 16 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. 16 xala malik “Neftçi” isə liderdir.

Misli Premyer Liqası
Birinci dövrə, Səkkizinci tur

17 oktyabr (şənbə)
19:00. “Qarabağ” - “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR: Əli Əliyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüsyenov.
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. Tura oktyabrın 18-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: