UEFA Konfrans Liqasında bu gün 2026/2027 mövsümünün Liqa mərhələsinə start veriləcək.
İdman.Biz xəbər verir ki, futbol üzrə turnirin ilk turunda 18 qarşılaşma keçiriləcək.
Günün maraqlı oyunlarından birində Niderlandın “Ayaks” futbol komandası Xorvatiyada “Hayduk Split”in qonağı olacaq. İtaliyanın “Atalanta” klubu Kiprin “Pafos” komandası ilə qarşılaşacaq.
Türkiyənin “Trabzonspor” futbol komandası Finlandiyada “KuPS Kuopio” ilə üz-üzə gələcək. Fransanın “Monako” klubu isə Bolqarıstanın MOİK (Sofiya) komandasının qonağı olacaq.
İngiltərənin “Brayton” futbol komandası Litvanın “Kauno Jalgiris” klubunu qəbul edəcək.
Qeyd edək ki, bu axşam keçiriləcək qarşılaşmalarda millimizin futbolçuları Zamiq Əliyev ("Eqnatiya") və Murad Məmmədovun ("Pafos") formasını geyindikləri komandalar da ilk xallarını qazanmaq üçün mübarizə aparacaqlar.
UEFA Konfrans Liqası, birinci tur (Bakı vaxtı ilə)
20:45 “Eqnatiya” - “Midtyulland”
20:45 “Luqano” - “Srvena Zvezda”
20:45 “Hayduk Split” - “Ayaks”
20:45 “Gent” - “Orhus”
20:45 “KuPS Kuopio” - “Trabzonspor”
20:45 “Myallbu” - “İnter Eskaldes”
20:45 “Panatinaikos” - “Borats”
20:45 CSKA (Sofiya) - “Monako”
20:45 “Riqa” - “Kayrat”
20:45 “CSU Krayova” - “Xetafe”
23:00 “Atalanta” - “Pafos”
23:00 “Brayton” - “Kauno Jalgiris”
23:00 “Kopenhagen” - “Braqa”
23:00 “Tvente” - “Tun”
23:00 “Harts” - “Norşellann”
23:00 “Sint-Truyden” - “İberiya Tbilisi”
23:00 “Frayburq” - “Yablonets”
23:00 “Brann” - “Linkoln Red İmps”
