Elvin Yunuszadə: “Qarabağ” - “Neftçi” oyununda istənilən nəticə mümkündür”

17 Oktyabr 2026 10:48
95
Elvin Yunuszadə: “Qarabağ” - “Neftçi” oyununda istənilən nəticə mümkündür”

“Doğrudan da bu komandalar arasında maraqlı qarşılaşma keçir. Əvvəlcədən nəsə demək çox çətindir. Çünki iki komanda arasında rəqabət uzun illərdir davam edir”.

Bu sözləri vaxtilə hər iki klubun formasını geyinmiş təcrübəli futbolçu Elvin Yunuszadə Misli Premyer Liqasının səkkizinci turunda keçiriləcək “Qarabağ” - “Neftçi” derbisi barədə danışarkən deyib.

Hazırda Türkiyənin “Boluspor” klubunda çıxış edən 33 yaşlı mərkəz müdafiəçisi prinsipial qarşılaşmadan gözləntilərini bölüşərək istənilən nəticənin mümkünlüyünü vurğulayıb.

“Bu dəfə də maraqlı qarşılaşma olacağına şübhə etmirəm. Oyunda istənilən nəticə qeydə alına bilər”, - deyə o futbolinfo.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Elvin Yunuszadə 2011-2015-ci illərdə “Neftçi”nin şərəfini qoruyub, növbəti üç mövsümü isə “Qarabağ”ın heyətində keçirib.

İdman.Biz