La Liqa: Uqo Duronun qolu “Valensiya”nı “Osasuna” ilə oyunda məğlubiyyətdən xilas etdi

29 Noyabr 2026 19:05
31
La Liqa: Uqo Duronun qolu “Valensiya”nı “Osasuna” ilə oyunda məğlubiyyətdən xilas etdi

İspaniya La Liqasının 14-cü turunda “Valensiya” futbol komandası “Osasuna”nı qəbul edib.

İdman.Biz xəbər verir ki, “Mestalya” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk hissədə qapılara qol vurulmasa da, fasilədən sonra hər iki komanda fərqlənməyi bacarıb. 63-cü dəqiqədə Ruben Qarsiya Pamplona təmsilçisini hesabda önə çıxarıb. Meydan sahiblərinin cavab qolu isə 74-cü dəqiqədə Uqo Duronun sayəsində reallaşıb.

Bu nəticədən sonra “Valensiya” 13 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Aktivində 16 xal olan “Osasuna” isə 10-cu sırada yer alıb.

Növbəti turda “Valensiya” dekabrın 6-da səfərdə “Xetafe” ilə qarşılaşacaq. “Osasuna” isə həmin gün doğma meydanda “Elçe”ni qəbul edəcək.

İdman.Biz