Gürcüstanda “Beşiktaş” və “Hapoel Beer Şeva”nın oyunu dayandırıldı, xəsarət alan var - FOTO/VİDEO

26 Noyabr 2026 22:37
66
Gürcüstanda “Beşiktaş” və “Hapoel Beer Şeva”nın oyunu dayandırıldı, xəsarət alan var

UEFA Avropa Liqasının əsas mərhələsinin beşinci turunda Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında Gürcüstanda keçirilən qarşılaşma dayandırılıb.

İdman.Biz xəbər verir ki, matçın 20-ci dəqiqəsində tribunalarda qarşıdurma yaşanıb.

Belə ki, qarşılaşma zamanı “Beşiktaş” azarkeşlərindən biri “Fələstinə azadlıq” şüarının yer aldığı plakatı açıb. Bu zaman Gürcüstan polisi plakatı azarkeşin əlindən almaq istəyib. Nəticədə azarkeşlərlə polis arasında qarşıdurma yaranıb.

Polisin bibər qazı və dəyənəklərlə müdaxiləsi nəticəsində xəsarət alan azarkeşlərdən biri təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qarşılaşmanın baş hakimi Morten Kroq köməkçiləri ilə birlikdə paltardəyişmə otağına yollanıb.

Matç 0:0 hesabı ilə davam edərkən dayandırılıb.

İdman.Biz