Okan Buruk “Aston Villa” üzərində qələbəni şərh etdi

25 Noyabr 2026 02:18
32
Okan Buruk “Aston Villa” üzərində qələbəni şərh etdi

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İngiltərənin “Aston Villa” klubu üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, türkiyəli mütəxəssis qarşılaşmada tətbiq etdiyi taktiki dəyişikliklərdən danışıb.

“Aston Villa” çox mobil komandadır. Makginn və Manzambi ilə birlikdə meydanda daim hərəkət edən komandaya çevriliblər.

Torreyranın iştirakı ilə fərdi pressinq tətbiq etməyə çalışdıq. Daha sonra Lemina ilə bağlı əvəzetmə etdik və təzyiqi artırmağa çalışdıq. Rəqibin qapıçısı ayaqla çox yaxşı oynayır. O, həm qısa, həm də uzun ötürmələri yaxşı yerinə yetirir. Bunu nəzərə alaraq pressinq tətbiq etdik.

Əvəzetmələrdən sonra komandamız oyununu gücləndirdi. Həm taktiki, həm də fiziki baxımdan bacarığımızı nümayiş etdirmək imkanımız oldu”, - deyə Buruk qeyd edib.

Xatırladaq ki, İstanbul təmsilçisinə qələbə qazandıran yeganə qolu 77-ci dəqiqədə Deniz Gül vurub.

İdman.Biz