“Zəngəzur” UEFA Regionlar Kubokunda ardıcıl ikinci böyükhesablı məğlubiyyətini alıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi Türkiyənin “İstanbul” komandasına 0:5 hesabı ilə uduzub.
Noyabrın 24-də keçirilən qarşılaşma Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin ehtiyat meydançasında baş tutub.
İlk görüşündə Polşanın “Dolnoşlyonski” komandasına 0:12 hesabı ilə məğlub olan “Zəngəzur” iki matçda qapısından 17 top buraxıb. Rəqib qapılarına yol tapa bilməyən Azərbaycan təmsilçisinin xalı yoxdur.
“Zəngəzur” qrupdakı son oyununu noyabrın 27-də Rumıniyanın “Karpatians” komandasına qarşı keçirəcək.
