Deko həyat yoldaşı ilə Bakı küçələrində - FOTO

24 Noyabr 2026 22:45
35
Deko həyat yoldaşı ilə Bakı küçələrində

“Barselona”nın sabiq futbolçusu və hazırkı idman direktoru Deko Bakı küçələrində görüntülənib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı futbol funksioneri həyat yoldaşı Ana Paula Şiavetti ilə paytaxtda gəzintiyə çıxıb.

Cütlük şəhər gəzintisi zamanı birlikdə şəkil də çəkdirib.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının ümumi mərhələsinin beşinci turunda “Sabah”ın qonağı olacaq. Noyabrın 25-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.Biz