Ronaldu daha bir qol vurdu: 1000-ə çatmağa 13 qol qaldı - VİDEO

24 Noyabr 2026 23:13
36
Ronaldu daha bir qol vurdu: 1000-ə çatmağa 13 qol qaldı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu və kapitanı Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurub.

İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu Asiya Çempionlar Liqasının beşinci turunda Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşmanın 13-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirib.

Ronaldu karyerası ərzində Portuqaliya millisinin heyətində 146, klub səviyyəsində isə 841 qol vurub. Hücumçu bu qollardan 139-na “Əl-Nəsr”in formasında imza atıb.

Beləliklə, portuqaliyalı futbolçunun karyerasında 1000 qol həddinə çatmasına cəmi 13 qol qalıb.

Qeyd edək ki, Ronaldunun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

İdman.Biz