“Sabah”la oyun öncəsi Jül Kunde Bakıda Fliki narazı saldı

25 Noyabr 2026 01:27
20
“Sabah”la oyun öncəsi Jül Kunde Bakıda Fliki narazı saldı

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Jül Kunde Bakıda “Sabah”la oyun öncəsi intizam qaydalarını pozub.

İdman.Biz xəbər verir ki, fransalı futbolçu Bakı Olimpiya Stadionunda keçirilən məşqdən əvvəl komandanın toplantısına bir qədər gec qoşulub.

Müdafiəçinin gecikməsi baş məşqçi Hans-Diter Flikin diqqətindən yayınmayıb. Almaniyalı mütəxəssisin üz ifadəsindən narazılığı hiss olunub.

Qeyd edək ki, Kunde ötən mövsüm də intizam qaydalarını pozduğuna görə start heyətindəki yerini itirib.

“Sabah” və “Barselona” arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək qarşılaşma noyabrın 25-də saat 21:45-də başlayacaq.

İdman.Biz