“Qalatasaray” rusiyalı futbolçusunun sərbəstqalma məbləğini 80 milyon avroya yüksəltmək istəyir

26 Noyabr 2026 22:52
27
“Qalatasaray” rusiyalı futbolçusunun sərbəstqalma məbləğini 80 milyon avroya yüksəltmək istəyir

Türkiyənin “Qalatasaray” klubu rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun müqavilə şərtlərini dəyişdirmək istəyir.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı futbolçunun agenti ilə danışıqlar aparır.

Klub rəhbərliyi Batrakovun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləğini təxminən 80 milyon avroya çatdırmağı planlaşdırır.

Bu ilin avqustundan “Qalatasaray”da çıxış edən yarımmüdafiəçinin klubla müqaviləsi 2031-ci ilin iyununa qədər qüvvədədir.

Rusiyalı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 15 oyunda altı qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz