Çempionlar Liqasında turun rəmzi komandası açıqlandı

26 Noyabr 2026 20:53
48
Çempionlar Liqasında turun rəmzi komandası açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunun rəmzi komandası müəyyənləşib.

İdman.Biz xəbər verir ki, rəmzi komandada İspaniya klublarının beş, İtaliya klublarının üç, İngiltərə klublarının iki, Fransa klublarının isə bir futbolçusu yer alıb.

Qapıçı: Alisson Beker (“Liverpul”).

Müdafiəçilər: Natan Nqoy (“Lill”), Loqan Kosta (“Vilyarreal”), Mario Ermoso (“Roma”).

Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Luis Milya (“Komo”), Cud Bellinqem (“Real Madrid”), Rayan Şerki (“Mançester Siti”).

Hücumçular: Entoni Qordon (“Barselona”), Kuço Ernandes (“Betis”), Kilian Mbappe (“Real Madrid”).

Qeyd edək ki, Entoni Qordon azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

İdman.Biz