“Xilasedici” bu gün Çempionlar Liqasında həlledici oyuna çıxacaq

26 Noyabr 2026 09:31
42
“Xilasedici” bu gün Çempionlar Liqasında həlledici oyuna çıxacaq

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü təsnifat mərhələsinin cavab matçında səfərdə Sloveniyanın “ACH Volley Lyublyana” klubunun qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda “Xilasedici” 1:3 hesabı ilə məğlub olub.

Azərbaycan çempionu cavab oyununda qələbə qazanacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün qızıl set oynanılacaq. Mərhələni keçən tərəf CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək. Məğlub olan komanda isə CEV Kubokunda mübarizə aparacaq.

İdman.Biz