“Turan” CEV Çempionlar Liqasında ilk oyununa çıxır

25 Noyabr 2026 10:22
67
“Turan” CEV Çempionlar Liqasında ilk oyununa çıxır

Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının D qrupunda ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə İtaliyanın “Savino Del Bene” klubu ilə qarşılaşacaq.

Florensiya şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, “Turan” D qrupunda Türkiyənin “Eczacıbaşı” və Serbiyanın “Tent” komandaları ilə də mübarizə aparacaq.

İdman.Biz