Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət voleybol millisinin kapitanı Əhməd Məmmədli beynəlxalq turnirdə fərqlənib.
İdman.Biz xəbər verir ki, Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatının birinci təsnifat mərhələsinin (EEVZA) yekununda iştirakçı komandaların ən yaxşı oyunçuları müəyyənləşdirilib.
Azərbaycan yığmasının üzvü Əhməd Məmmədli də fərqlənən voleybolçular sırasında yer alaraq mükafata layiq görülüb.
Qeyd edək ki, noyabrın 19-22-də təşkil olunan turnirdə Azərbaycan millisi Latviya və Finlandiyaya məğlub olub. Komandamız beşinci yer uğrunda qarşılaşmada Ukraynanı 3:0 hesabı ilə məğlub edərək yarışa qələbə ilə yekun vurub.
