U-16 voleybol millimiz Riqada Ukraynaya set vermədən qalib gəliblər - FOTO

22 Noyabr 2026 21:13
37
U-16 voleybol millimiz Riqada Ukraynaya set vermədən qalib gəliblər - FOTO

Voleybolçu oğlanlardan ibarət Azərbaycanın U-16 millisi Riqadakı yarışın son görüşündə Ukrayna seçməsini məğlub edib. Beşinci yer uğrunda qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, Latviyanın paytaxtında təşkil olunan EEVZA turniri Avropa çempionatının birinci təsnifat mərhələsi xarakteri daşıyıb. Azərbaycan yığması mübarizəyə B qrupunda başlayıb. Latviya və Finlandiya ilə görüşlərdən məğlub ayrılan millimiz son qarşılaşmada qələbə qazanaraq altı komanda arasında beşinci olub.

Digər qrupda finala çıxmaq uğrunda Polşa, Estoniya və Ukrayna yığmaları yarışıblar. Həlledici görüşdə isə Polşa ilə meydan sahibi Latviya üz-üzə gəlib.

Finalın taleyi üç setdə həll olunub. Latviyaya 3:0 hesabı ilə qalib gələn Polşa həm EEVZA çempionluğunu, həm də 2027-ci il U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqəni əldə edib.

İdman.Biz