Azərbaycan millisi Finlandiyaya da məğlub oldu

20 Noyabr 2026 23:57
65
Azərbaycan millisi Finlandiyaya da məğlub oldu

16 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının birinci təsnifat mərhələsində ikinci oyununu keçirib.

İdman.Biz xəbər verir ki, yığmamız Latviyanın paytaxtı Riqada təşkil olunan turnirin B qrupunda Finlandiya ilə qarşılaşıb.

Azərbaycan millisi ilk setdə 25:20 hesabı ilə qalib gəlsə də, üstünlüyünü qoruya bilməyib. Növbəti üç setdə rəqib 25:17, 25:12 və 25:16 hesabları ilə üstün olub.

Beləliklə, qarşılaşma Finlandiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Latviyaya 0:3 hesabı ilə məğlub olub. Bununla da yığmamız seçmə mərhələdə ardıcıl ikinci məğlubiyyətini alıb.

İdman.Biz